İsrailin xarici kəşfiyyat agentliyi Mossad və İsrail Milli Sığorta Agentliyinin internet saytlarında kiberhücumlar qeydə alınıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumatda İsrailin müxtəlif rəsmi qurumlarının internet saytlarının “Anonim Sudan” adlı haker qrupu tərəfindən kiber hücuma məruz qaldığı bildirilib.
Mossad və İsrail Milli Sığorta Agentliyinin internet saytlarına daxil olmağın mümkünsüzlüyü qeyd edilib və kiberhücumun “Anonymous Sudan” haker qrupu tərəfindən üzərinə götürüldüyü bildirilib.
Mossad mövzu ilə bağlı açıqlama verməsə də, İsrail Milli Sığorta Agentliyi rəsmi internet saytının sındırıldığını təsdiqləyib.