İsrailin ümumi əhalisi 9,7 milyon nəfərə çatıb ki, bunun da 2 milyon 48 mini ərəblərdir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İsrail əhalisinin əksəriyyətini təşkil edən yəhudilərin sayı 7 milyon 145 min nəfərə çatıb.
Ölkənin 9,7 milyonluq ümumi əhalisinin 2 milyon 48 mini ərəb, 535 mini isə ərəb olmayan xristianlardır.
Ən son əhali məlumatları 75 illiyini qeyd edəcək Müstəqillik Günü ərəfəsində açıqlanıb.
Mərkəzi Statistika Bürosunun məlumatına görə, İsrailin əhalisi son bir ildə 2,3 faiz nisbətində 216 min nəfər artıb.
İsrail qanunları yalnız yəhudilərin İsrailə köçməsinə icazə verir.
Rəsmi məlumatlara görə, İsrail 1948-ci ildə qurulandan bəri ölkəyə 3,3 milyon mühacir gəlib.
İsrail əhalisinin 2030-cu ildə 11,1 milyona, 2040-cı ildə 13,2 milyona, 2048-ci ildə isə 15,2 milyona çatacağını gözləyir.