Nigeriya prezidenti Məhəmməd Buhari ölkəsinin Qvineya körfəzində dəniz quldurluğu ilə mübarizə üçün əhəmiyyətli resurslardan istifadə etməyə davam edəcəyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Prezident Buhari Qananın paytaxtı Akkrada keçirilən Qvineya Körfəzi Komissiyasının Dövlət və Hökumət Başçıları Assambleyasının 3-cü Fövqəladə Zirvə Toplantısının açılışında çıxış edib.
Buhari bildirib ki, Qvineya Körfəzi Komissiyasına daxil olan ölkələr arasında mütəmadi olaraq keçirilən görüşlər regionda sülh və təhlükəsizliyin qorunması baxımından əhəmiyyətlidir.
Nigeriyanın Qvineya körfəzində dəniz quldurluğu ilə mübarizə üçün əhəmiyyətli qaynaqlardan istifadə etməyə davam edəcəyini vurğulayan Buhari deyib: “2021-ci ilin iyun ayında (Nigeriya) hökumət 195 milyon dollar dəyərində bir qayıq verəcək ki, bu da ölkənin Körfəzdə dəniz quldurluğu ilə mübarizəsinə rəhbərlik edəcək”.
Buhari, həmçinin Nigeriya kimi üzv dövlətləri piratçılığa və digər cinayət əməllərinə qarşı qanunlar qəbul etməyə təşviq edib.
Qeyd edək ki, Qvineya körfəzi 2020-ci ildə dəniz quldurları tərəfindən “ən çox qaçırılan ərazi” olub.
Keçən il dəniz quldurları tərəfindən həyata keçirilən 135 gəmi heyətinin qaçırılması hadisəsinin 95 faizi Qvineya körfəzində baş verib.
Hücumların qlobal iqtisadiyyata dəyəri 818 milyon dollar olaraq hesablanıb.