“Hyundai” və “SK On” ABŞ-da elektromobil akkumulyatorları fabriki tikirbackend

“Hyundai” və “SK On” ABŞ-da elektromobil akkumulyatorları fabriki tikir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyalı avtomobil istehsalçısı “Hyundai”, “SK On” ilə ABŞ-da 5 milyard dollarlıq elektrik avtomobil akkumulyatoru fabriki qurmağı planlaşdırdıqlarını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Hyundai Motor Group”un ABŞ-da ortağı “SK On” ilə elektrikli avtomobil akkumulyatorlarının istehsalı üçün ortaq bir müəssisə qurmağı planlaşdırdığı bildirilib.

2022-ci ilin noyabrında SK On şirkəti ilə anlaşma memorandumu imzalandığını xatırladan açıqlamada Hyundai və SK On-un hər birinin 50 faiz paya sahib olduğu birgə müəssisənin ümumi investisiya məbləğinin təxminən 5 milyard dollar olacağı gözlənilir.

Açıqlamada tərəflərin birgə müəssisə vasitəsilə ABŞ-ın Corciya ştatında elektromobil akkumulyator zavodu qurmağı planlaşdırdığı bildirilib.

Yeni fabrikin 2025-ci ilin ikinci yarısında akkumulyator hüceyrələrinin istehsalına başlaması gözlənilir.