Ukrayna tərəfi Rusiya tərəfinin 60-dək hücumunun qarşısını alıbbackend

Ukrayna tərəfi Rusiya tərəfinin 60-dək hücumunun qarşısını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutka ərzində Ukrayna tərəfi 3 istiqamətdə Rusiya tərəfinin 60-dək hücumunun qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda deyilir ki, işğalçılar Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir. Həmçinin, gün ərzində Qriqorovka, Boqdanovka və İvanovskoe qəsəbələri yaxınlığında uğursuz hücum əməliyyatları keçirib.

Qarşı tərəfin bombardmanları nəticəsində bir çox yaşayış məntəqələrinə ziyan dəyib.

Marinka istiqamətində, ötən gün ərzində ukraynalı müdafiəçilər şimal və mərkəzi hissələrdə, eləcə də Donetsk vilayətinin Novomixaylovka rayonunda rusların çoxsaylı hücumlarını dəf ediblər. Eyni zamanda, ruslar Donetsk vilayətinin Krasnoqorovka, Georgievka, Marinka, Pobeda, Novomixaylovka və Praskoveevka yaşayış məntəqələrini bombalayıb. Bildirilir ki, ötən ilin 24 fevralından bu günədək, Rusiya Ukraynada 186 420 əsgərini itirib.