İŞİD liderlərindən biri saxlanılıbbackend

İŞİD liderlərindən biri saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində “İslam Dövləti” (İŞİD) terror təşkilatının qruplaşmalarından birinin rəhbəri, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilir ki, Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri tədbirlər nəticəsində adıçəkilən şəxsin 2013-cü ildə Gürcüstanı tərk etdiyi müəyyən edilib.

Məlumata əsasən, sözügedən şəxs Suriyaya gedərək “İslam Dövləti” terror təşkilatına qoşulub. 2013-2015-ci illərdə o, qondarma “Hərbi əmirlər – Sezar və Tsikara Toxoşaşvili qardaşlarının qrupuna daxil olub, adıçəkilən terror təşkilatının həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak edib.

Saxlanılan şəxsin “İslam Dövləti”nin yüksək rütbəli hərbi komandirləri və sözügedən terror təşkilatının qruplarından birinin üzvləri adlandırılan şəxslərlə sıx əlaqələri olub. O, “müavin” vəzifəsini tutub. Faktla bağlı Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə, yəni xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərilmə madddəsi ilə istintaq başladılıb. Saxlanılan şəxsi 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.