Qonşu Gürcüstanın paytaxtı Tbilisidə fahişəliyi təbliğ etmək və fahişəliyə yer vermək ittihamı ilə 4 nəfər saxlanılıb.
İnterpress.az əbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxslər 1972, 1994, 1987 və 2004-cü il təvəllüdlü şəxslərdir. İstintaq zamanı müəyyən olunub ki, Tbilisidə yerləşən masaj salonlarından birinin müdirləri müəyyən məbləğdə pul qarşılığında masaj salonundakı otaqları müştərilərə xidmət etmək məqsədilə fahişəliklə məşğul olan qadınların ixtiyarına veriblər. Adıçəkilən qadınlar isə cinsi xidmət göstərilməsi nəticəsində aldıqları məbləğdən saxlanılan salon müdirlərinə də veriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 254-cü maddəsinin 2-ci hissəsi və 3-cü hissəsinin “A” yarımbəndi əsasında istintaq başladılıb Saxlanılan şəxsləri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.