Səudiyyə Ərəbistanı öz vətəndaşları ilə birlikdə 62 ölkədən 2000-dən çox insanı Sudandan təxliyə edibbackend

Səudiyyə Ərəbistanı öz vətəndaşları ilə birlikdə 62 ölkədən 2000-dən çox insanı Sudandan təxliyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı ordu ilə Çevik Polis Qüvvələri arasında qarşıdurmaların baş verdiyi Sudandan 114-ü öz vətəndaşı olmaqla ümumilikdə 2148 nəfəri təxliyə etdiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sudandan təxliyə edilən 13-ü Səudiyyə Ərəbistanı vətəndaşı olan daha 1687 nəfər səhər saatlarında gəmi ilə Ciddəyə çatıb.

Sudanda qarşıdurma başlayandan bəri Ər-Riyad administrasiyası tərəfindən təxliyə edilənlərin sayı ümumilikdə 2148 nəfərə çatıb ki, onlardan 114-ü Səudiyyə Ərəbistanıdır.

Bildirilib ki, vətəndaşları təxliyyə edilən 62 ölkə arasında Avropa, Asiya və Afrikadan müxtəlif ölkələrlə yanaşı, ABŞ, İngiltərə, Türkiyə, Cənubi Koreya, Efiopiya, Pakistan da var.