Oğuz rayonunda məktəbli ölüb.
İnterpress.az xəbər verir ki, Oğuz şəhər Nail İbrahimov adına 3 saylı məktəb-liseyin 7-ci sinif şagirdi 2010-cu il təvəllüdlü Tunar Zabit oğlu Nəbizadə dünyasını dəyişib.
O, Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Məlumata görə 13 yaşlı T.Nəbizadə uzun müddət beynində yaranan xəstəlikdən əziyyət çəkirmiş.