Sudandakı qarşıdurmalarda 15 suriyalı həyatını itiribbackend

Sudandakı qarşıdurmalarda 15 suriyalı həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 15-dən bəri Sudanda ordu ilə Çevik Polis Qüvvələri arasında baş verən qarşıdurmalarda 15 suriyalı həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu barədə Suriyanın Xartum səfirliyinin müvəqqəti işlər vəkili Bişr əl-Şiar bildirib.

Suriyanın özəl Dəməşq FM radiosu bildirib ki, Sudandakı qarşıdurmada suriyalıların vəziyyəti ilə bağlı dəqiq statistika yoxdur, lakin son hesabatda 15 nəfərin öldüyü göstərilir.

Münaqişə tərəflərinin minlərlə insanın getdiyi təxliyyə karvanlarına mane olmadıqlarını bildirən Şiar, suriyalıların təxliyəsi üçün konkret proqramın olmadığını bildirib.

Sudanda 30 minə yaxın suriyalının olduğu təxmin edilir.