ABŞ Dövlət Departamenti Norveçə ümumilikdə 1 milyard 166 milyon dollar hərbi satışa icazə verib ki, bunun da 1 milyard dolları MH-60R helikopterləri, 166 milyon dolları isə C-130 təyyarələrinə texniki xidmətdir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib: “Dövlət Departamenti, təxmini dəyəri 1 milyard dollar olan MH-60R Çox Məqsədli Helikopter və əlaqədar avadanlıqların Norveçə satışını təsdiqləməyə qərar verdi”.
Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərildiyi ifadə edilən açıqlamada, satış paketinə 6 MH-60R helikopteri, 15 T-700 GE-401C mühərriki, 9 Link 16 Çoxfunksiyalı Məlumat Yayma Sistemi Müştərək Taktik Radio Terminalı daxildir. 18 GPS/PPS sistemi və onların dəstəkləyici avadanlığı qəbul edilib.
Qurumdan verilən başqa bir açıqlamada Norveçin inventarında olan C-130J təyyarələrinin 2028-ci ilə qədər saxlanması üçün 166 milyon dollarlıq əlavə satışın təsdiqləndiyi bildirilib.
Dövlət Departamentinin silah satışına icazə verməsi, sadəcə olaraq, satışın ABŞ administrasiyasına uyğun olduğunu bildirir.
ABŞ Konqresi Nazirliyin qərarına NATO üzvlərinə 15 gün, NATO üzvü olmayan ölkələrə isə 30 iş günü ərzində etiraz etməzsə, administrasiya satış paketinin məzmunu və satınalma ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayır.