Cəlilabad rayonunda yerləşən Qazan köşkü tarixi abidəsinin yaxınlığında tarixi küp artıq uzun illərdir ki, şəxsi həyətdə qorunur.
İnterpress.az xəbər verir ki, bu küp təsadüf nəticəsində aşkara çıxıb.
Küp hal-hazırda rayonun Soltankənd sakini Amil Ağayevin həyətində qorunmaq üçün yerləşdirilib.
Küpün hündürlüyü 1 metr 25 sm olmaqla diametri 150 sm-dir. Küpü tarixi tədqiqatlarla maraqlanan mütəxəssislər də ziyarət ediblər. İlkin təhlillərə görə küp 7-10-cu əsrlərə aiddir və təsərrüfat məqsədi ilə istifadə edilib.
Küpün yaxın günlərdə Cəlilabad Rayon Tarix Diyarşünaslıq Muzeyinə aparılacağı gözlənilir.