Rusiya: Biz Ukraynada dənizdən atılan uzaqmənzilli silahlarla hədəfləri vurduqbackend

Rusiya: Biz Ukraynada dənizdən atılan uzaqmənzilli silahlarla hədəfləri vurduq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, gecə saatlarında dənizdən atılan uzaqmənzilli silahlarla intensiv hücumlar nəticəsində Ukrayna hərbi birləşmələrinin yerləşdirildiyi hədəflər vurulub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Konaşenkov Ukraynadakı müharibədə Rusiya hərbi birləşmələrinin hərəkətləri ilə bağlı açıqlamalar verib.

Gecə saatlarında Ukrayna ordusunun ehtiyat hissələrinin yerləşdirildiyi nöqtələrə dənizdən atılan yüksək dəqiqlikli uzaqmənzilli silahlarla intensiv hücumun həyata keçirildiyini bildirən Konaşenkov deyib: “Hücum hədəfinə çatıldı. Müəyyən edilmiş bütün obyektlər vuruldu. Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadaları bölmələrinin münaqişə bölgəsində irəliləməsinə icazə verilməyib”.

Donetsk istiqamətində Artyömovsk (Bahmut) şəhərində rus hücum dəstələrinin şimal-qərb, cənub-qərb və qərbdə 4 məhəlləni nəzarətə götürdüyünü qeyd edən Konaşenkov bildirib ki, hava-desant qüvvələrinin şəhərin şimal və cənubunda Ukrayna əsgərlərinə təzyiq edib.

Stupochki, Çasov Yar və Kalinina yaşayış məntəqələrində hava, döyüş taktikası və artilleriya birləşmələrinin Ukrayna əsgərlərini vurduğunu izah edən Konaşenkov bir gündə Rusiya döyüş təyyarələrinin bu bölgədə 4 uçuş həyata keçirdiyini və 59 artilleriya atəşi açıldığını bildirib.

“400-dən çox Ukrayna əsgəri və muzdlusu, 2 piyada döyüş maşını, 6 zirehli texnika, 4 avtomobil, D-20 və D-30 model haubitsaları, “Qvozdika” özüyeriyən haubitsaları zərərsizləşdirilib”, – Konaşenkov bildirib.