ABŞ-ın Kolorado ştatında avtomobillərə daş atan və Alexa Bartell adlı qadını öldürən 3 nəfər saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Saxlanılan şəxslərin 18 yaşlı orta məktəb şagirdləri olduğu məlum olub.
Cefferson polisi həmin gecə 20 yaşlı Bartelli öldürən şəxslərin 7 avtomobilə daşla zərər yetirdiyi, 2 nəfəri isə yaraladıqlarını bildirib.
Qeyd edilib ki, Alexa Bartell aprelin 19-na keçən gecə Cefferson qraflığında maşın sürərkən daş onun ön şüşəsinə dəydiyi qəzada dünyasını dəyişib.