Uqanda hökuməti 2007-ci ildən Somalidə xidmət edən sülhməramlıları 2024-cü ilin dekabrında geri çağırmağa qərar verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Uqanda Xarici İşlər Naziri Abubaker Jeje Odongo Somalidəki Uqanda əsgərləri ilə bağlı qərar verildiyini vurğulayıb.
“Uqanda Somalidə əsgər yerləşdirən və sülhün bərqərar olmasına töhfə verən ilk ölkədir” – o əlavə edib.
Qeyd edək ki, 6 mindən çox Uqanda əsgəri 2007-ci ildən Somalidə “Əş-Şəbab” terror təşkilatına qarşı mübarizəyə dəstək vermək üçün xidmət edir.