Ötən il ABŞ ordusunda cinsi təcavüzlə bağlı 8942 məlumat qeydə alınıbbackend

Ötən il ABŞ ordusunda cinsi təcavüzlə bağlı 8942 məlumat qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə ABŞ ordusunda 8942 cinsi təcavüzə məruz qalma hadisəsi baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən ordudakı əsgərlərdən, mülki personaldan, digər mülki və xarici hərbçilərdən Amerika əsgərlərinə qarşı cinsi təcavüzə dair 8942 məlumat verilib.

Qeyd olunan məlumatlardan 5941-i müvafiq komanda və asayiş keşikçilərinə təqdim olunduğu halda, 3 min 1-i isə hələlik məxfiliyi açılmamış hal kimi qeydə alınıb, lakin onlara tibbi-psixoloji dəstək göstərilib.

Bildirişlərin 7 min 958-i əsgərlərdən, 44-ü mülki nazirlik personalından, 14-ü müqaviləli personaldan, 698-i digər mülki şəxslərdən, 41-i isə xarici əsgərlərdən olduğu halda, 187 bildirişin mənbəyi göstərilməyib.

2021-ci maliyyə ilində cinsi təcavüz hesabatlarının ümumi sayı 8.866 olduğu halda, 2022-ci maliyyə ilində alınan 8.942 hesabatdan 3.928-i bağlanıb. Bu yekun bildirişlərdən 3188-i müvafiq komandanlıq tərəfindən icra olunub.

Onlardan 2117-si barədə komandanlıq kifayət qədər sübut əldə etdiyi halda, 131-i məhkəmə orqanlarına göndərilib, 40-ı isə əsassız hesab edilib.