ABŞ-ın geyim şirkəti GAP 1800 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
GAP, təxminən 1800 işçi qüvvəsinin azaldılmasını nəzərdə tutan yenidən strukturlaşma planını açıqlayıb.
GAP-ın müvəqqəti icraçı direktoru Bob Martin ixtisarların illik 300 milyon dollar qənaətlə nəticələnəcəyini gözlədiklərini söyləyib.
Martin şirkətin iş modelini sadələşdirmək və optimallaşdırmaq, kreativliyi artırmaq və müştəri təcrübəsinin bütün aspektlərində daha yaxşı çatdırılma təmin etməklə GAP-ın yenidən qurulması üçün lazımi addımları atacaqlarını bildirib.
GAP 2022-ci ilin sentyabr ayında müxtəlif departamentlərdə təxminən 500 işçini işdən çıxarıb.
Şirkət 2022-ci ilin son rübündə gözləntilərin üstündə bir itki elan edib və 2023-cü il satışlarının da proqnozlarından aşağı olduğunu bildirib.