“Virgin Galactic”in kosmik gəmisi sınaq uçuşunu uğurla başa vurub
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kosmik turizmin inkişafı üçün yeni addım atılıb. “Virgin Galactic”in kosmik gəmisinin yeni sınağı uğurla başa çatıb.
Kosmik turizmin yayılması üçün atılan addımlara yeni bir addım əlavə olunub.
Britaniyalı iş adamı Riçard Bransonun Virgin Galactic şirkəti yeni sınaq keçirib.
Şirkətin turistləri kosmosa aparacaq avtomobilinin uçuş sınağı uğurla keçib.
Unity adlı kosmik təyyarə ABŞ-ın Nyu-Meksiko ştatından havaya qalxıb.
Daşıyıcı təyyarəni 14 kilometr yüksəklikdə tərk edən “Birlik” 9 dəqiqə ərzində yenidən bazaya eniş edib.