Keniyanın Malindi qəsəbəsində İsa peyğəmbərlə görüşmək üçün keçirilən aclıq aksiyasından həyatını itirənlərin sayı 109-a çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cəsədlər Şakahola meşəsində tapılıb.
5-i uşaq olmaqla daha 11 nəfərin cəsədinin tapıldığı qeyd edilib.
Keniya Qızıl Xaç Cəmiyyəti 112 nəfərin itkin düşdüyünü təxmin edir.
Keşiş Ezekiel Odero dünən saxlanılıb və onun kilsəsi bağlanıb.