Bu gün Milli Məclisin İntizam komissiyası Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcəkbackend

Bu gün Milli Məclisin İntizam komissiyası Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.

Toplantıda deputat Vahid Əhmədovla bağlı məsələ müzakirə olunacaq.

İclas saat 15:00-da başlayacaq.

Toplantıya V.Əhmədov da dəvət olunub.

Qeyd edək ki, onun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlər deputatların narazılığına səbəb olub. Parlamentin aprelin 25-də keçirilən iclasında V.Əhmədovun müsahibəsi müzakirə edilib. Deputatlar onu sərt tənqid ediblər. Sonda məsələyə İntizam komissiyasında baxılması barədə qərar verilib.