ABŞ-da son hərbi vertolyot qəzaları səbəbindən uçuşlar məhdudlaşdırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Müdafiə Nazirliyi Pentaqon kritik missiyalardan başqa hərbi helikopter uçuşlarının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Pentaqon bütün kritik əhəmiyyət daşımayan hərbi vertolyot pilotlarına əlavə təlim keçmək üçün minimum 24 saat uçuş qadağası qoyub.
Hərbi xidmətdə olan pilotlar mayın 1-dən 5-dək əlavə təlim keçəcəklər.
ABŞ-da ötən gün 2 hərbi helikopterin toqquşması nəticəsində 3 əsgər həlak olub.
Ötən ay 2 hərbi helikopterin toqquşması nəticəsində 9 əsgər həyatını itirmişdi.






