Almaniyada antibiotik tərkibli dərmanların qıtlığı yaranıbbackend

Almaniyada antibiotik tərkibli dərmanların qıtlığı yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman Pediatrlar Assosiasiyasının (BVKJ) sözçüsü Yakob Mask ölkədə uşaqlar üçün istifadə edilən antibiotik dərmanlarının çatışmazlığının olduğunu bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

O, Almaniyada bəzi dərmanlarda əskikliyin getdikcə artdığını, xüsusilə də uşaqlara verilən antibiotiklərin azlığını qeyd edib:

“Bu o deməkdir ki, həqiqətən antibiotikə ehtiyacı olan uşaqlara bəzən antibiotik verilmir. Hazırda xəstə uşaqlar üçün kifayət qədər antibiotik olmadığı üçün vəziyyət narahatlıq doğurur.
Bu vəziyyət həm kəndlərə, həm də şəhərlərə eyni dərəcədə təsir edir. Ağciyər və ağır qulaq infeksiyaları kimi xəstəliklərə görə hər gün bir çox uşağın antibiotikə ehtiyacı yaranır. Almaniyada heç vaxt belə bir antibiotik qıtlığı görülməyib”.

Mask Almaniyanın Səhiyyə Nazirliyinə müraciət edərək, dərmanların tədarükü ilə bağlı problemləri tez bir zamanda həll etməyə çağırıb.