Aİ Ukraynadan taxıl və ərzaq almağa davam edəcəkbackend

Aİ Ukraynadan taxıl və ərzaq almağa davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynadan ərzaq və taxıl idxalına qadağa qoyan üzv ölkələrlə bu məhsulların daşınmasının davam etdirilməsi ilə bağlı razılığa gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qarşı olan və buna qarşı tədbirlər həyata keçirən Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya nümayəndələri ilə görüşdən sonra bildirib:

“Biz razılığa gəldik. Aİ Komissiyası Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya ilə Ukraynanın kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı prinsipial razılığa gəlib”.

Dombrovskis, Ukrayna ilə qonşu olan Aİ ölkələrində fermerlərin narahatlığını azaltmaq üçün həll yolu tapdıqlarını bildirib.

Saziş çərçivəsində Ukrayna məhsullarına qarşı birtərəfli tədbirlər həyata keçirən ölkələrin buna son qoyacağına diqqət çəkən Dombrovskis, bu ölkələrin buğda, qarğıdalı, kolza və günəbaxan üçün müstəsna mühafizə tədbirləri tətbiq edə biləcəyini bildirib.

5 ölkədə Ukrayna məhsullarından zərər görən fermerlərə 100 milyon avro maliyyə dəstəyi veriləcəyinə diqqət çəkən Dombrovskis, Ukrayna məhsullarının digər Aİ ölkələrinə də ixrac ediləcəyini qeyd edib.