ABŞ-ın Texas ştatının cənub-şərqində bir evdə açılan atəş nəticəsində 5 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hyuston şəhərindən təxminən 72 kilometr şimal-şərqdə yerləşən Klivlenddə insident yerli vaxtla saat 22:30 radələrində baş verib.
Bir evə silahlı basqın nəticəsində 4 nəfər hadisə yerində, 1 nəfər isə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hücumda tüfəngdən istifadə edilib və hücum edən şəxs hələ də tapılmayıb.
Hücum və qurbanlarla bağlı əlavə məlumat verilməyib.