Hindistanın Ludhiana şəhərində süd fabrikində qaz sızması nəticəsində 11 nəfər ölüb, 11 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.
Hindistanın Pəncab ştatının Ludhiana şəhərində süd fabrikində qaz sızması baş verib.
Səhər fabrikdən süd almağa gələn bir çox insan qazdan zəhərlənərək huşunu itirib.
Zavodun ətrafındakı evlərdə yaşayanlar da qazdan zərər çəkib.
Hadisə yerinə gələn polis təhlükəsizlik dairəsi yaradıb və rayon əhalisini sızma baş verən ərazidən uzaqlaşdırıb.
Qaz sızması nəticəsində 11 nəfər ölüb, 11 nəfər xəstəxanaya göndərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.