Sudanda atəşkəs daha 72 saat uzadılıbbackend

Sudanda atəşkəs daha 72 saat uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan Ordusu və Çevik Polis Qüvvələri humanitar atəşkəsi bu gecə yarısından etibarən 72 saat daha uzatdıqlarını açıqlayıb.

Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.

Bildirilib ki, humanitar dəhlizlərin açılması, vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, ehtiyaclarının ödənilməsi və təhlükəsiz yerlərə çatmalarının təmin edilməsi məqsədilə gecə yarısından etibarən humanitar atəşkəs 3 gün daha uzadılıb.

Hərbçilər həmçinin Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri ilə atəşkəsi daha 72 saat uzatmağa qərar verdiklərini açıqlayıblar.

Sudanda ordu ilə polis arasında aprelin 28-nə keçən gecə başlayan atəşkəsə baxmayaraq, paytaxt Xartumun müxtəlif nöqtələrində qarşıdurmalar davam edir.

Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə polis arasında silahlı toqquşmalar baş verib.

Qarşıdurmalarda 528 nəfərin öldüyü, 4599 nəfərin yaralandığı bildirilib.