Yəmənin ərazi sularında “qanunsuz ov edən” İran gəmisi ələ keçirilibbackend

Yəmənin ərazi sularında “qanunsuz ov edən” İran gəmisi ələ keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin cənub-şərqindəki Sokotra sahillərində İrana məxsus “qanunsuz ov edən” balıqçı gəmisi ələ keçirilib.

Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Sokotra valisi Rafet əl-Süklinin sədrliyi ilə təhlükəsizlik komitəsinin iclası keçirilib.

İclasda hərbi və təhlükəsizlik qüvvələrinin Sokotranın ikinci böyük adası Abd əl-Kuri sahillərində qanunsuz tutulan İran balıqçı gəmisini ələ keçirdiyi açıqlanıb.

Sokotra qubernatoru Sukli gəmini yoxlamaq, ekipajı araşdırmaq və bu mövzuda geniş hesabat təqdim etmək üçün müvafiq təhlükəsizlik bölmələrinin birgə komitəsi yaratmağa qərar verib.

İran hələlik hadisə ilə bağlı açıqlama verməyib.