Avropa ölkələrində artan yaşayış xərcləri qarşısında maaşların artırılması, iş və təqaüd şəraitinin yaxşılaşdırılması, dövlət xidmətlərindən istifadənin asanlaşdırılması kimi tələblərlə etiraz aksiyaları təşkil edilir.
Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.
Etirazlar İngiltərə, Almaniya, Fransa, Yunanıstan və İspaniyanı bürüyüb.
1 May Əmək və Həmrəylik Günü ilə əlaqədar Avropanın bir çox yerlərində etiraz aksiyaları və müxtəlif bayram tədbirləri keçirilir.
Son illər Avropa ölkələri bu cür ictimai hərəkatların artması ilə diqqəti cəlb edir.
Bu mənada Avropa İttifaqının paytaxtı Brüssel uzun müddət bir çox üzv ölkədən minlərlə vətəndaşın aksiyasına ev sahibliyi edib.
Bu yaxınlarda Avropa etirazlarının diqqəti yaşayış dəyərinin artması fonunda maaşların artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması tələbləri ilə ölkələrin öz paytaxtlarına yönəlib.
Belçikada müəllimlər, polislər, yanğınsöndürənlər, qatar və hava yolları işçiləri maaşları, iş və təqaüd şəraitini yaxşılaşdırmaq üçün tez-tez tətillərə və etirazlara başlayırlar.