Suriyadan Türkiyəyə keçməyə cəhd edən PKK/PYD terror təşkilatının üzvü yaxalanıb.
Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.
Terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyi ilə bağlı kəşfiyyat məlumatları əsasında sərhəd xəttində tədbirlər gücləndirilib.
Komandalar PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb.