Biləsuvar rayonunda bədbəxt hadisə nəticəsində iki azyaşlı uşaq yanıq xəsarətləri alıb.
İnterpress.az-ın məlumatına görə, hadisələr fərqli ünvanlarda qeydə alınıb.
İlk hadisə rayonun Təyyarə meydanı adlı yaşayış massivində baş verib.
Belə ki, 3 yaşlı rayon sakini, Ö. Babaşovun ayağına qaynar su dağılıb.
Digər hadisə isə rayonun Əsgərabad kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 9 yaşlı G.Əmənova qoluna qaynar çay dağılıb.
Hər iki zərərçəkən termiki yanıqlarla rayon xəstəxanasına aparılıb.