Almaniyada hicablı qadına hücum edilibbackend

Almaniyada hicablı qadına hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada hicablı müsəlman qadın Berlin metrosunda hücuma məruz qalıb.

Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.

Ötən həftə baş verən hadisədə 20 yaşlı müsəlman qadının Rathaus Neukölln metro stansiyasında bir şəxs tərəfindən sözlü və fiziki hücuma məruz qaldığı bildirilib.

Çadrası çıxarılan, saçları dartılan qadının yüngül xəsarət aldığı bildirilib.

Hadisə yerindən qaçmadan əvvəl irqçi təhqirlər edən təcavüzkarın şəxsiyyətinin müəyyən edilməsi üçün istintaqın davam etdiyi qeyd edilsə də, Almaniyada son illərdə ifrat sağçı qrupların təbliğatı ilə irqçilik və müsəlman əleyhdarı (İslamofobiya) hallarının artdığı müşahidə edilir.

Almaniyada 2022-ci ildə statistikada müsəlmanlara qarşı ən azı 569 cinayət, o cümlədən şifahi və fiziki hücumlar, hədə məktubları və məscidlərə qarşı yandırma hücumları var.