Çinin kosmik gəmisindən tapıntı: Marsa qar yağıbbackend

Çinin kosmik gəmisindən tapıntı: Marsa qar yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marsda Çinin Zhurong kosmik gəmisinin məlumatlarını araşdıran elm adamları, bu planetdə aşağı enliklərdə yaşayış üçün əlverişli mühitlərə işarə edən maye suyun dəlili tapıblar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Marsda suyun yalnız bərk və ya qaz halında ola biləcəyi ilə bağlı əvvəlki fikirlərə meydan oxuyan bu kəşf kosmik gəminin eniş yerindəki qum təpələrinin morfoloji xüsusiyyətlərini və mineral kompozisiyalarını təhlil edib.

“Science Advances” elmi jurnalında dərc edilən araşdırma təxminən 400 000 il əvvələ qədər Marsda qar və ya şaxtanın olduğunu sübut edib.

Tapıntılara görə, 400 min il əvvəl qum təpələrindəki duzlar qarın aşağı temperaturda əriməsinə səbəb olub. Nəticədə planetin səthində duzlu maye su peyda olub.