İnterpress.azın məlumatına görə, Finlandiya alimləri bu fikrə gəliblər ki, təbii seçim olmamasına və aşağı ölüm səviyyəsinə baxmayaraq insanın təkamülü hələ də davam edir. “Evolution” jurnalının yazdığına görə, göstərilən faktorlar sosial təkamülü göstərir, amma bioloji təkamülü inkar etmir.
Alimlər fin ailələrinin 17-ci əsrdən bəri olan genealoji arxivinin araşdıraraq insanların xarici, fizioloji və sosioloji dəyişikliklərini araşdırıblar. Sonra bunları DMA nutasiyalarındakı dəyişikliklərlə tutuşdurublar. Aydın olub ki, finlərin fizionomiyasında nərəzə çarpacaq dəyişikliklər sosial, iqtisadi şərtlərə görə yox, gendəki mutasiya səbəbindəndir.
Tədqiqatçılar qeyd ediblər ki, son 100 ildə gen mutasiyaları azalmayıb, əksinə çoxalıb. Onların sözlərinə görə, bu onunla əlaqədardır ki, insan geninin keçidi hazırda mənəvi və etik normalarla məhdudlaşmır. Boşanma, yenidən evliliklər və nigahdankənar uşaqların doğulması burda öz sözünü deyir.
İnterpress.az