Belçikada bu gündən etibarən işə velosipedlə gedənlər hər kilometrə görə 0,27 avro müavinət alacaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belçikada Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçi nümayəndələri arasında razılaşma ilə işə velosipedlə gedənlərə velosiped pulu verilməsi məcburi olub.
Müvafiq olaraq, mayın 1-dən etibarən işçilər işə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün işəgötürəndən 0,27 avro müavinət alacaqlar. Bu müavinət vergidən azad olacaq.
Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq.
İndiyə qədər işəgötürənlər velosiped pulu ilə bağlı qərar verə bilərdilər. Bu çərçivədə işəgötürənlərin təxminən yüzdə 30-u velosipeddən istifadə edən işçilərinə evləri ilə iş yerləri arasındakı məsafəyə görə pul ödəyib.
Yeni tətbiqlə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir.