Çinin cənub-şərqindəki Quandun əyalətində gənclər arasında işsizlik problemə çevrilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
300 min insanı iş tapmaq üçün iki-üç il müddətinə kəndlərə göndərməklə bağlı qərar qəbul edilib.
125 milyondan çox əhalisi olan bölgə həm də ölkənin ən zəngin əyalətidir. Keçən ay əyalət hökuməti kollec məzunlarına və gənc sahibkarlara kənd yerlərində iş tapmaqda kömək edəcəyini açıqlayıb.
Məlumata görə, Çində şəhərlərdə yaşayan 16-24 yaş arası gənclərin işsizlik səviyyəsi 19,6 faiz təşkil edir.
Bu, bununla bağlı indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Hesablamalarına görə, təxminən 11 milyon şəhər gənci işsizdir.
Bu il kolleci rekord sayda tələbə bitirəcək. Bu o deməkdir ki, daha 11,6 milyon insan iş axtaracaq.
Prezident Xi Jinping də dekabr ayında şəhərdə yaşayan gəncləri kənd iqtisadiyyatını canlandırmağa çağırıb.