Avstraliya elektron siqaretlərin məktəblərdə və gənclər arasında geniş yayıldığını və sağlamlıq üçün təhlükə yaratdığını əsas gətirərək satışını məhdudlaşdırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avstraliya səhiyyə naziri Mark Butler elektron siqaretlərin gənclər arasında getdikcə populyarlaşdığını və yeni nəsil nikotin aludəçisi meydana gətirdiyini ifadə edərək, satışının apteklərlə məhdudlaşacağını açıqlayıb.
Avstraliya mətbuatının məlumatına görə, Səhiyyə Nazirliyi bəzi məktəb tualetlərində elektron siqaretlər üçün detektorlar quraşdırmağa başlayıb.
Araşdırmalar göstərir ki, 14-17 yaşlı hər altı avstraliyalı gəncdən biri və 18-24 yaşlı dörd gəncdən biri elektron siqaretdən istifadə edir.