Nigeriyada menenjit epidemiyasında ölənlərin sayı 124-ə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Son bir həftədə 297 menenjit hadisəsinin aşkar edildiyi, epidemiya səbəbiylə 6 nəfərin öldüyü bildirilib.
Yanvar ayından etibarən ölkənin paytaxtı Abuca ilə yanaşı 22 əyalətə yayılan epidemiyada yoluxma sayının 532-yə çatdığı, epidemiya nəticəsində həyatını itirənlərin sayının isə 124-ə yüksəldiyi bildirilib.
Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün qlobal hədəfə sadiq olduğunu açıqlayıb.
Beyindən başlayaraq bütün bədəni təsir edən menenjit hava yolu ilə də keçə bilər.






