Gənc aktrisa Natavan Ələkbərova Türkiyədə serial və filmlərdə rol almağa davam edir.
Onun iştirak etdiyi “Aşkın saati- 19:03” filmi Mayın 3-də Beşiktaş stadionunda təqdim ediləcək.
Qeyd edək ki, Türkiyənin tanınmış simalarının da iştirak etdiyi filmin Azərbaycanda da nümayişi gözlənilir.