Milli hücum helikopteri ATAK 2014-cü ildən Türkiyə Silahlı Qüvvələrinə təhvil verildiyi gündən Mehmetçikin gücünə güc qatır.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yüksək manevr qabiliyyəti, yeni nəsil hədəf aşkarlama sistemi, təsirli və unikal silah texnologiyası ilə diqqət çəkən milli hücum helikopteri ATAK, helikopterlər üçün çətin hesab edilən 90 dərəcəyə yaxın bucaqlarda qalxma, dalğıc, öz ətrafında dönmə kimi manevrləri uğurla yerinə yetirir.
Ovçu dəbilqəsinin üstünlüyü ilə hər cür əlverişsiz hava şəraitində, xüsusilə gecələr uça bilən ATAK, terrorla mübarizə çərçivəsində Cənub-Şərqi və Şərqi Anadoluda təhlükəsizlik qüvvələrinə dəstək verir.
Türkiyəni helikopter alan bir ölkədən helikopter istehsal edən və satan bir ölkəyə yüksəldən TSK inventarındakı ATAK-ın sayı günü-gündən artır.