Fransada pensiya islahatı 17 milyard avroya qənaət edəcəkbackend

Fransada pensiya islahatı 17 milyard avroya qənaət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya islahatı 17 milyard avroya qənaət edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire, mübahisəli pensiya islahatının 2030-cu ilə qədər 17 milyard avroya qənaət edəcəyini söyləyib.

Fransanın ictimai yayımı France Info-ya danışan Le Maire, pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatının 2030-cu ilə qədər 17 milyard avroya qənaət edəcəyini bildirib.

Digər tərəfdən, Konstitusiya Şurası pensiya yaşının 62-dən yuxarı qaldırılmasının qadağan edilməsi üçün referendum keçirilməsi təklifi ilə bağlı qərarını bu gün açıqlayacaq.

Şura bu təklifi qəbul edərsə, referendumun təyin edilməsi üçün 4,87 milyon seçici imzası toplanmalıdır. Bu, seçicilərin 10 faizinə uyğundur.

Referendum pensiya islahatlarının əleyhinə olan solçu parlamentarilər tərəfindən təklif edilib.