Serbiyada məktəbə silahlı hücum olub.
Bu barədə İnterpress.az xarici mediya istinadən xəbər verir.
İlkin məlumata görə, 9 nəfər həyatını itirib.
Daxili İşlər Nazirliyindən Belqradda Vladislav Ribnikar ibtidai məktəbinin 7-ci sinif şagirdinin səhər saatlarında mühafizəçilərə və şagirdlərə atəş açdığı qeyd edilib.
Hücum nəticəsində məktəbin mühafizəçisinin həyatını itirdiyi, 5 şagirdin isə yaralandığı bildirilib.
Daha sonra ölənlərin sayı 9-a çatdırılıb.
Yaralı tələbələrin xəstəxanaya aparıldığı bildirilən açıqlamada tələbələrdən birinin başından yaralanaraq əməliyyat olunduğu bildirilib.
Açıqlamada hücumu atasına məxsus silahla törətdiyi ehtimal edilən uşağın nəzarətə götürüldüyü bildirilib.