Bolqarıstanda marafonçu Krasi Georgiyev adlı elmi təcrübə çərçivəsində Sofiyada Milli Mədəniyyət Sarayının (NDK) qarşısında qurulan üç tərəfi şüşəli qəfəsdə dünya ilə bütün əlaqəni kəsərək 17 gün yaşayacaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Georgiyevin Sofiya Milli Mədəniyyət Sarayının qarşısında qurduğu kub şəklində, 2,5 metr hündürlüyündə qəfəsdə yalnız qaçış yolu və yatmaq üçün çarpayısı var.
“Şəhərin Qəlbində Zamanla Görüş” adlı elmi eksperiment çərçivəsində mütəxəssislər Georgiyevin sağlamlığını və psixoloji dəyişikliklərini araşdıracaqlar.
Eksperimentin əsas məqsədi COVID-19 epidemiyasından sonra cəmiyyətdə yadlaşma və təcrid vəsvəsələrinin və ondan sonrakı fobiyaların araşdırılması kimi müəyyən edilib.
Georgiyevin qəfəsdəki vaxtını “https://stuklenatakletka.com” saytından canlı izləmək olar.
Elmi təcrübə çərçivəsində sponsorlardan və ianələrdən toplanacaq pullar narkotik, virtual oyunlar və qumar aludəçiliyinin qarşısının alınmasına yönəlmiş layihəyə yatırılacaq.
Marafonçu Georgiyev könüllü olaraq aprelin 27-də şüşə qəfəsə daxil olub və mayın 14-də sərbəst buraxılacaq.