Braziliya “Google”u qarayaxma kampaniyası aparmaqda ittiham edibbackend

Braziliya “Google”u qarayaxma kampaniyası aparmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın ədliyyə naziri Flavio Dino Google-u dezinformasiyanın qarşısını almaq üçün hazırlanan “saxta xəbərlər” haqqında qanun layihəsinə qarşı qarayaxma kampaniyası aparmaqda ittiham edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Google”un axtarış platformasında qanun layihəsini tənqid etdiyi və ictimaiyyəti qanuna qarşı çıxmağa çağırdığı iddia edilib. Qeyd edilib ki, bununla bağlı məqalə hazırlanıb.

“Google” saxta xəbər qanun layihəsinə qarşı qarayaxma kampaniyası apardığına görə Braziliya hökuməti tərəfindən xəbərdarlıq edilib.

Bundan əlavə, San-Paulu ştatında mütəxəssislər tərəfindən aparılan araşdırmada “Google”un “qanun layihəsinə qarşı axtarış nəticələrini manipulyasiya etdiyi” müəyyən edilib.

Araşdırmada uzun müddətdir qanun layihəsi ilə bağlı saxta məlumatların yayılmasını təşviq etdiyi iddia edilən Google-un qanun layihəsinin faydalarını önə çıxaran reklamlar edərək müəyyən tədbirlərə əməl etməli olduğu vurğulanıb.

Qeyd edək ki, “Saxta xəbərlər” qanun layihəsi parlamentdə qəbul edilərsə, texnoloji şirkətlər və sosial media platformaları cinayət məzmununu qeyd etməli və silməli olacaqlar.

Postları kifayət qədər tez silməsələr, platformalar cərimələnə bilər.

Google da daxil olmaqla bir çox texnologiya nəhəngi qanunla bağlı “İnternetinizi daha da pisləşdirəcək” başlıqlı məqalə dərc edib.