Almaniyanın paytaxtı Berlində Neukölln Protestant Məktəbinin bağçasında baş verən bıçaqlı hücumda 1-i ağır 2 qızın yaralandığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Berlin polisindən verilən açıqlamada, Neukölln şəhərinin Maynzer küçəsində yerləşən məktəbdə biri ağır olmaqla 7 və 8 yaşlı iki qızın yaralandığı bildirilib.
Açıqlamada yaralanan uşaqların xəstəxanaya aparıldığı, təcavüzkarın isə hadisə yerində nəzarətə alındığı bildirilib.
Açıqlamada polisin hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.
Yerli mətbuatın məlumatına görə, məktəb bağçasında bıçaqlı hücum nəticəsində iki qız yaralanıb və helikopterlə xəstəxanaya aparılıb. Xəbərdə hadisəni törədənin yetkin bir şəxs olduğu, çoxlu sayda uşağın hadisənin şahidi olduğu bildirilib.
Nəzarətə alınan şübhəlinin 39 yaşında bir şəxs olduğu, qızları tanıyıb-tanımadığının bilinmədiyi qeyd edilib.
Neukölln Protestant Məktəbi 1-ci sinifdən 13-cü sinfə qədər şagirdlərə dərs deyir.