İspaniyada sahibkarlar süd aksiyası keçirirbackend

İspaniyada sahibkarlar süd aksiyası keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada südün alış qiymətinə narazı olan müəssisələr südlərini yerə tökmək üçün aksiyaya başlayıblar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aksiya süd istehsalçılarının fransız markası Lactalis-Puleva-nın ən böyük alıcısı olan litr başına 9 senti aşağı salmaq cəhdinə etiraz olaraq keçirilir.

Əndəlüsda, xüsusilə də ölkənin cənubunda yerləşən kiçik müəssisələr və süd istehsalçıları birlikləri aksiyaya böyük dəstək verib.

Heyvandarlıq sektoru işçiləri və fermerləri ilə əlaqəli olan COAG adlı təşkilat hər litr süd üçün 9 sent daha az ödəmə cəhdinin ayda 20.000 avro itkiyə səbəb olacağını iddia edib.

Artıq 150-dən çox müəssisə aksiyada iştirak edir.