Çində 5,2 bal gücündə zəlzələ: 10 nəfər yaralanıbbackend

Çində 5,2 bal gücündə zəlzələ: 10 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, ötən gecə 5,2 bal gücündə zəlzələ qeydə alınıb, episentri Baoshan əyalətinin Lonqyan qraflığı olub.

Baoshan yerli hökumətindən verilən açıqlamada, zəlzələnin episentrinə yaxın 2800 evin zərər gördüyü, 10 nəfərin isə yüngül xəsarət aldığı bildirilib.

Bildirilib ki, zəlzələ zamanı elektrik, su və rabitə şəbəkələri də sıradan çıxıb, lakin nasazlıqlar aradan qaldırılıb, evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar az riskli ərazilərə göndərilib.

Yunnanda baş verən zəlzələdən sonra qonşu Sıçuan əyalətində 4,5 bal gücündə zəlzələ baş verib və hələlik insan tələfatı və maddi tələfat qeydə alınmayıb.