Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi Sian şəhərində helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Shaanshi Longyi General Aviation şirkətinə məxsus helikopter Dicayyuen turizm mərkəzində qəzaya uğrayıb.
Helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, ölənlərin kimliyi açıqlanmayıb.






