ABŞ-da silahlı hücum: 1 ölü, 3 yaralıbackend

ABŞ-da silahlı hücum: 1 ölü, 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Atlanta şəhərində silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində Northside Hospitalın yaxınlığında atışma baş verib. Hücumda 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və polis göndərilərkən, təcavüzkarın hadisə yerindən qaçdığı bildirilir.

Atlanta Polis Departamenti hücumda şübhəli bilinən şəxsin fotosunu yayımlayaraq bildirib: “Bu şəxsin harada olduğu barədə hər hansı məlumatı olan hər kəsdən 911-ə zəng etməsi xahiş olunur. Şübhəlinin silahlı və təhlükəli olduğuna inanılır və ona yaxınlaşmaq olmaz”.