Peru qanunsuz miqrantların deportasiyasına başlayırbackend

Peru qanunsuz miqrantların deportasiyasına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun baş naziri Alberto Otarola ölkəyə qeyri-qanuni yollarla daxil olan sənədsiz immiqrantların deportasiya ediləcəyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mətbuat mənsublarına açıqlama verən Otarola sərhəd bölgələrində təhlükəsizliyin artırıldığını xatırladıb və hökumət olaraq ilk konkret tədbirləri həyata keçirdiklərini bildirib.

Ölkədə qanuni işləyən əcnəbilərlə problem yaşamadıqlarını vurğulayan Otarola deyib: “Dürüst işləyən əcnəbilər var, onların vəziyyətini asanlaşdırmaq üçün çalışırıq. Siyasətimiz bir qrupa qarşı deyil, məqsədimiz Perunu qorumaq və qarşısını almaqdır. Son zamanlar ölkədə cinayət nisbətlərində ciddi artım var. Bütün bu cinayətlər ölkədə misli görünməmiş, dəhşətli və öldürücü qəzəb doğurdu. Onların təkrarlanmasını istəmirik. Bir ailənin daha olmasına icazə verə bilmərik”.

Digər tərəfdən, Peru-Çili sərhədində qapalı qalan nizamsız miqrantlarla Çili təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.

Təhlükəsizlik qüvvələrinin zaman-zaman onlara daş atan qruplara gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə etdiyi görülüb.

Çilinin şimalındakı Arika şəhərində yerli mətbuatda əsasən Venesuelalı mühacirlərdən ibarət bir qrupun Arika-Çili və Tacna-Peru sərhəd xəttini birləşdirən yolu bağladığı bildirilir.

Qeyd edək ki, Peru prezidenti Dina Boluarte aprelin 27-də verdiyi açıqlamada son vaxtlar ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantların sayında ciddi artım olduğunu bildirib və qeyri-qanuni keçidlərə nəzarət etmək üçün sərhədlərdə fövqəladə vəziyyət (OHAL) elan etdiklərini açıqlayıb.