Uqandada ötən gün güclü yağış nəticəsində baş verən torpaq sürüşmələrində 18 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin Murora, Kaşyambya, Rukiqa və Rubanda bölgələrində güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib.
Təbii fəlakətdə 18 nəfər həyatını itirdiyi halda, 80-ə yaxın ev dağılıb, kənd təsərrüfatı sahələrinə ziyan dəyib.
Təbii fəlakətdə itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.
Uqandanın qonşusu Ruandada mayın 2-dən bəri qərb və şimal ştatlarında yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 129 nəfər ölüb.